|
• DünyadaİQNA agentliyinin keçmiş baş direktoru İranda baş verən terror hücumu zamanı dünyasını dəyişibİQNA(Beynəlxalq Quran Xəbər Agentliyi) agentliyinin keçmiş baş direktoru Höccətul-İslam Seyid Mehdi Təqəvi İran Ali İslam Şurasına(Parlamentinə) edilən terror hücumu zamanı şəhid edildi. Ahlibeyt.az-ın İQNA-ya istinadən məlumatına görə,agentliyin keçmiş baş icraçı direktoru və hazırda parlament deputatı olan Hacı Deliqaninin ofisinin məsul işçisi Höccətul- İslam Seyid Mehdi Təqəvi İran parlament binasına edilən terror hücumu zamanı şəhid edildi. Hacı Deliqani bu baradə bildirib ki,silahlı terrorçuların İran Milli Məclis binasından çəkərək yaydığı video görüntü mənim ofisimə aiddir və mənim iki nəfər həmkarım bu hadisədə şəhidlik məqamına yüksəliblər. O qeyd edib ki, ofisin məsulları Zarei və Seyid Mehdi Təqəvi silahlıların video çəkiliş etdikləri otaqda şəhid ediliblər. Qeyd edək ki,iyunun 7-də İran parlament binasına və mərhum Ayətullah Musəvi Xomeyninin dəfn olunduğu məqbərəyə silahlı hücum həyata keçirilib.Hucum zamanı 13 nəfər dünyasını dəyişib 40 nəfər yaralanıb.İran hüquq mühafizə orqanlarının əməliyyatı nəticəsində terrorçular zərəsizləşdirilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 İyun, 2017 16:25 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |