|
• DünyadaRamazan ayında Rusiyada təxminən 6 milyon müsəlman oruc tutur - müftiRusiyada yaşayan müsəlmanların 30%-dən çoxu və ya təxminən 6 milyon nəfəri müqəddəs Ramazan ayında oruc tutur. Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müsəlmanlarının Mərkəzi Ruhani İdarəsi administrasiyasının rəhbəri, Başqırdıstan Müsəlmanlarının Dini İdarəsinin sədri müfti Məhəmməd Tacuddinov məlumat verib. “Bizdə olan məlumata görə, dindar müsəlmanların 30%-dən çoxu, yəni Rusiyada yaşayan 20 milyon müsəlmandan təxminən 6 milyonu oruc tutur. Bununla belə, heç kəs tərəfindən dəqiq statistika aparılmır.”, - Tacuddinov söyləyib. O, Ramazanda “heç də bütün namaz qılanların məscidə getmədiyini, məscidin ziyarətinin mütləq olmadığı insanlar kateqoriyasının olduğunu" əlavə edib: "Bu kateqoriyaya qadınlar, uşaqlar, xəstələr, zəif insanlar daxildir. Bundan başqa, elə insanlar da var ki, yaşadıqları yerin məsciddən uzaq olması və gecə namazının gec olması ilə əlaqədar camaat namazı qıla bilmirlər, namazı evdə ailələri ilə qılırlar. Müsəlmanlar axşam və gecə vaxtlarını dualarla, müqəddəs "Quran"ı oxumaq və öyrənməklə keçirməyə çalışırlar. Bu ayda mütləq olaraq hər bir müsəlmanın adından yoxsullara "fitrə" adlanan sədəqə verilir.”
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 İyun, 2017 18:47 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |