إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İran Parlamentində və İmam Xomeyni məqbərəsində təhlükəsizlik təmin olunub

İran Parlamentindəki bütün terrorçular zərərsizləşdirildi və İmam Xomeyni məqbərəsində təhlükəsizlik təmin olunub.

Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən verdiyi xəbərə görə,bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, İran parlamentindəki terrorçular SEPAH üzvləri tərəfindən zərərsizləşdirilib. Hazırda təhlükəsizlik sistemləri binanı təmizləməklə məşğuldurlar.

Parlamentin iclası təbii qaydada keçirilib. Nümayəndələr “ölüm olsun ABŞ-a”, “ölüm olsun İsrailə” şüarları səsləndiriblər. Məclis nümayəndələri zöhr namazını zalda qılıblar.  Nümayəndələrdən yaralanan və ya həyatını itirən olmayıb.

Əməliyyat zamanı 4 terrorçudan 2-si öldürülüb. Biri özünü partladaraq ölüb. Digəri isə saxlanılıb.

İran Dövlət agentliyi olan "Fars" Tehranda İmam Xomeyni məqbərəsində təhlükəsizliyin tam təmin olunmasını bildirib. İRİB telekanalının müxbiri də canlı yayımla bu haqda məlumat verib.

Qeyd edək ki, parlamentdəki və İmam Xomeyni məqbərəsindəki qanlı atışma və terror zamanı 12  nəfərin öldüyü 42 nəfərin isə yaralandığı bildirilir. Xatırladaq ki, terrorçular parlament binasına qadın geyimində daxil olublar.



Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 İyun, 2017  17:46 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!