|
• DünyadaR.T.Ərdoğan Qətərlə bağlı açılama verib,ATƏT-in Minsk qrupu və BMT TŞ-nı tənqid edib“22 ildir ATƏT-in Minsk qrupu nə iş görür? Bunların hər üçü BMT Təhlükəsizlik Şurasının daimi üzvü deyilmi? Niyə bu problemi hələ həll edə bilmirlər?” Ahlibeyt.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP Xarici əlaqələr şöbəsinin səfirlər üçün təşkil etdiyi ənənəvi iftar yeməyi zamanı deyib. O bildirib ki, BMT TŞ-nin 5 daimi üzvündən biri nə desə, o da olur: “Bunlar Suriya və İraq məsələsini həll edə bildilərmi? Azərbaycan-Ermənistan məsələsini həll edə bildilərmi? Həll edə bilməzlər, çünki 5-dən biri “yox” deyirsə, onda həll yolu yoxdur”. Türkiyə prezidenti görüş zamanı Qətər ərtarəfda yaranmış problemə də toxunaraq bildirib ki,biz Qətərlə münasibətləri inkişaf etdirməkdə davam edəcək, bu ölkəyə qarşı sanksiyaların tətbiq edilməsi problemin həllinə gətirib çıxarmayacaq:
“Biz Qətərə qarşı sanksiyaların tətbiq edilməsini düzgün qərar hesab etmirik. Həmrəylik və əməkdaşlığa böyük ehtiyac olduğu bir dövrdə belə vəziyyət heç kimə fayda gətirməyəcək. Qətərin soyuqqanlığını təqdir edirik. Biz gələcəkdə də Qətərlə münasibətləri inkişaf etdirməkdə davam edəcəyik”, - deyə Ərdoğan hakim partiyanın fəalları qarşısında çıxışı zamanı bildirib.
Ərdoğan Qətər ətrafında yaranmış vəziyyətin dialoq yolu ilə nizamlanması istiqamətində əlindən gələni əsirgəməyəcəyini bildirib.
Qeyd edək ki, iyunun 5-də Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ Dohanı terror qruplaşmalarını dəstəkləməkdə və Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdə ittiham edərək, Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Sonradan Liviya, Yəmən, Maldiv və Mavritaniya da Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Qətər XİN rəhbəri Dohanın cavab tədbirləri görməyəcəyini bəyan edib.
Son məlumata görə artıq İordaniya da Qətərlə əlaqələrini kəsdiyini bildirib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 İyun, 2017 12:51 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |