إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İran Milli Məclisinə və Ayətullah Xomeyninin hərəminə silahlı hücum olunub

Ayətullah Xomeyinin hərəminə hücum edənlərdən biri özünü partladıb

Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə,bu gün səhər  İran İslam Respublikasının Milli Məclisində atışma olub.

İranın “Fars” və “Mehr” xəbər agentliklərinin məlumatlarında bildirilir ki, hazırda parlamentdə atışma səsləri eşidilir. İlkin məlumata görə, üç nəfər silahlı şəxs parlamentdə mühafizəçiləri yaralayaraq, mühafizəçilərdən birini öldürüb.

İran parlamentindəki millət vəkili Hüseyn Nəqəvi deyib ki, sİlahlı şəxslər parlamentin binasına girərək atəş açıblar.  Atışma hələdə davam edir.

Həmçinin bu gün səhər silahlı şəxs İmam Xomeyinin (r.ə) hərəminə daxil olaraq  odlu silahdan atəş açıb.

Silahlı şəxsin açdığı atəş nəticəsində bir neçə nəfər yaralanıb.

İranın İribnews saytınını məlumatına görə, İmam Xomeynin hərəminə hücum edən şəxslərdən iki nəfər həbs olunub. Bİr nəfər isə  özünü partladıb. Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.

Tehranın Təcili Tibbi Yarıdım xidmətinin rəsidi bildirib ki, İmam Xomeynin hərəmində bir neçə nəfər yaralanıb. Onların xəstəxanalara çatdırılması üçün təcili yardım xidmətləri göndərilib.  Hələlik yaralıların sayı barədə açıqlanma verilməyib.

Son məlumta görə, İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sözçüsü Nəqəvi Hüseyni bildirib ki, onlardan biri tutulub.Digər 3 nəfər isə parlamentin mərtəbələrində atışmanı davam etdirir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 İyun, 2017  11:54 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!