|
|
Bakı 2019-ci ildə İslam dünyasının turizm paytaxtı olacaqBakı 2019-ci ildə İslam dünyasının turizm paytaxtı olacaq. Ahlibeyt.az-ın Report-a istinadla verdiyi xəbərə görə. bunu Təbriz şəhər bələdiyyəsinin sədri Sadiq Nəcəfi “Təsnim” agentliyinə müsahibəsində bildirib. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) qərarı ilə 2018-ci ildə Təbriz İslam dünyasının turizm paytaxtı olacaq. Bələdiyyə sədri Təbrizin tarix, mədəniyyət, ədəbiyyat, incəsənət, din elm, alimlər, mübarizlər şəhəri olduğunu vurğulayıb: “Şəhriyar həm Təbrizin, həm də İranın böyük şairidir. Mövlananı Mövlana edən Şəms Təbrizi Təbrizdən çıxıb. Mübarizə sahəsində Təbrizdən çıxan Səttarxan, Bağırxan, şəhid Baqiri İran tarixində nüfuzlu, çox əhəmiyyətli şəxsiyyətlərdir. Zeynəb Bacının İrandakı məşrutə tarixində çox böyük rolu olub. Pərvin Ehtisami də Təbrizin əhəmiyyətli şəxsiyyətlərindən olub”. S.Nəcəfli xatırladıb ki, 2016-cı ildə İslam dünyasının turizm paytaxtı Türkiyənin Konya şəhəri olub, hazırda Səudiyyə Ərəbistanının Mədinə şəhəri bu statusu daşıyır: “2018-ci ildə Təbriz, 2019-cu ildə isə Bakı İslam dünyasının turizm paytaxtı olacaq”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 May, 2017 12:40 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |