إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Xamenei: Güclü, şərəfli və uğurlu inkişaf yolu Quranla ünsiyyətdədir - Foro

Quranın baharı olan Mübarək Ramazan ayının birinci günü İranın ali dini rəhbəri Ayətullah Seyyid Əli Xameneinin iştirakı ilə “Qurani-Kərimlə ünsiyyət” adlı üç saatlıq nurani bir məclis keçirilib.

Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə, Ayətullah Xamenei bu mərasimdə çıxış edib və bildirib ki, mübarək Quran toxumu bu torpağa səpilmişdir. Bu gün ölkənin ümumi mühiti Quranla tanışdır. Ölkənin ayrı-ayrı yerlərində uşaqlar və gənclər Quranla ünsiyyətdədir. Halbuki ölkənin ümumi mühiti Qurana qarşı biganə idi.

Ayətullah Xamenei qeyd edib ki, ölkənin Qurana əsaslanan hərəkətində nailiyyətlər əldə edilməsi,bu nailiyyətlərin olmasına baxmayaraq, hələ də yolun başındayıq:

"Quran məclisləri, Quranla ünsiyyət və ümumxalq düşüncəsinin Quran əsaslı zehniyyətə çevrilməsinə bir giriş olmalıdır.

Quranla ünsiyyət bəşəriyyətin həyatla bağlı suallarına düzgün cavablar tapılmasına səbəb olur.İdeallara doğru hərəkət edən bir cəmiyyətdə ortaya davranış və münasibətlərin keyfiyyəti, mövqelər, dostluqlar və düşmənçiliklərin növü, dünya həyatına dair işlərə münasibətin hansı formada olması ilə bağlı minlərlə sual çıxır. Quranın bütün bu suallara cavabı var.

Müasir dünyanın bədbəxtliyi və doğru yoldan sapmasının səbəbi bu suallara verilən yanlış və nadürüst cavablardır.Allah insanları qarşılıqlı ünsiyyət qurmaq, bir-birlərini sevmək və bir-birlərinə yardım göstərmək üçün yaratmışdır. Ancaq bu gün dünyanın hər yerində müharibə, münaqişə, qorxu və azğınlıq var.

Bu problemlərdən xilas yolu Quranın bələdçiliyindədir.Təəssüflər olsun ki, bu gün İslam cəmiyyəti digər cəmiyyətlər kimi problem içindədir. Səudiyyə dövləti kimi dövlətlər də bəzi müsəlman cəmiyyətlərinin taleyi nalayiq insanların əlinə keçmişdir.

Belə bir vəziyyətin yaranmasının səbəbi iman və Quran həqiqətlərindən uzaq düşməkdir.Bu insanlar üzdə Qurana inanır, hətta Quranın milyonlarla nüsxəsini çap etdirir. Ancaq əməldə Quranın göstərişinin əksinə davranır, kafirlərlə ünsiyyətdə olur, öz xalqlarının həyat səviyyəsini yaxşılaşdırmaq üçün sərf olunmalı olan sərvəti kafirlərə və xalqın düşmənlərinə verirlər.Amerikalılar özləri də dedikləri kimi, onları sağır və sonda başlarını qoparacaq.

Yəmən və Bəhreyndəki anti-dini davranışlara toxunan Ayətullah Xamenei xatırlama verdi ki, Quran batilin məhv olacağı ilə bağlı vəd vermişdir:

“Müsəlmanlara qarşı bu cür davranan şəxslər batildir, batil isə mütləq süqut və tənəzzülə uğrayacaq. Əlbəttə, onun nə zaman məhv olacağı möminlərin necə əməl edəcəklərindən asılıdır. Əgər mömin cəmiyyət doğru-düzgün əməl etsə, batilin məhvi daha tez baş verəcək.

Gələcək İslam, Quran və mömin gənclərindir. Allah vəd verib ki, gələcək möminlərin və Onun yolunda cihad edənlərindir. Hətta bu vəd olmasaydı belə, İran xalqının keçən qırx ildəki təcrübələrinə əsasən bu proqnoz məntiqli və doğru görünür".

Ayətullah Xamenei  keçmişdə Pəhləvi rejimi ilə amerikalıların çox yaxın münasibətlərinə işarə edərək bildirib:

“Ölkəmizdə elə bir hökumət hakimiyyət başında olub ki, amerikalılar açıq şəkildə onu özlərinin Fars körfəzindəki jandarmı adlandırırdı. Ancaq bütün bu beynəlxalq dəstəklərə baxmayaraq, İran xalqı özünün iman gücü, mübarizə və fədakarlığı ilə o rejimi süquta uğratmağı və yerində imperialist güclərin hətta görməyə belə taqətləri olmadığı İslam Respublikasını qura bildi.Bu qiymətli təcrübə haqq cəbhəsinin qalibiyyətinin mühüm bir göstəricisidir."

O, habelə Qurani-Kərimin “Əgər imanınız olsa, üstünsünüz” ayəsinə işarə edib:

“İman yolunda güclü, açıqsözlü və qətiyyətli olun. İsrarla bəyan edirəm ki, İslam prinsiplərini bəyan edərkən millətin hər bir üzvü və dövlət rəsmiləri açıqsözlü olsun. Beynəlxalq əlaqə və münasibətlərin inkişafı əsas və prinsiplərin açıq şəkildə qeyd edilməsi ilə heç bir təzad təşkil etmir. Əməl meydanına daxil olmaq və Allaha təvəkkül etmək lazımdır".

Ayətullah Xamenei İran xalqının təcrübəsi və məcburi müharibə zamanı əldə edilmiş qələbəyə işarə edərək vurğulayıb ki, xalq məcburi müharibədə əliyalın qalib gəldi:

"Xalq siyasi və beynəlxalq məsələlərdə təcrübəsiz olmasına baxmayaraq, düşmənlərin hiyləsi üzərində qələbə çaldı, Xalqımız 40 ildir ki, hər tərəfdən ona doğru qılınc çəkmiş və maddi cəhətdən güclü olan bir cəbhə ilə qarşı-qarşıyadır. Bu təcrübələr göstərir ki, güclü, şərəfli və uğurlu inkişaf yolu Quranla ünsiyyətdədir”.

Quran məclisləri və dərslərinin keçirilməsinin zəruriliyinə toxunan Ayətullah Xamenei bildirdi ki, Quranın tilavəti məsələsi onun mənaları və məzmunları ilə birlikdə diqqət mərkəzində olmalıdır:

“Quranın tilavəti zamanı zil, bəm və səs ahəngi məna və məzmunları dinləyiciyə ötürə biləcək şəkildə olmalıdır. Buna görə də Quranla daha çox ünsiyyətdə olub onun dilini öyrənmək lazımdır”.

Görüşün sonunda Ali Rəhbərin imamətilə Məğrib və İşa namazları qılınıb.

 

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 May, 2017  16:45 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!