|
• Mənəviyyat • MənəviyyatBaşqa vaxtlarda spirtli içki içən biri Ramazan ayında oruc tuta bilərmi - AçıqlamaArtıq müqəddəs Ramazan ayını yaşayırıq. Məlumdur ki, şəriətdə bu ayda insanlara günün müəyyən saatlarında yemək-içməkdən imtina etmək buyurulur. Müqəddəs ayın başlanması ilə ənənəvi müzakirələrə də start verilib.Müzakirəyə çıxarılan məsələlərdən biri də başqa vaxtlarda spirtli içki içən birinin Ramazan ayında oruc tutması ilə bağlıdır . Ümumiyyətlə belə insanlar oruc tuta bilərmi? Ahlibeyt.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli Modern.az-a açıqlamasında bildirib ki, içki içməsindən asılı olmayaraq oruc tutmaq bütün müsəlmanlara vacibdir: “Müsəlman olan şəxs oruc tutmalıdır, bu ona vacibdir. İçki içirsə, günah edirsə, bunun cəzası öz yerindədir. Amma oruc tutmaq dini vəzifədir. Müqəddəs Qurani-Kərim kitabında da qeyd edilib ki, içki, şərab günah əməldir və haramdır. Bundan çəkinmək lazımdır. İnsanın içkidən çəkinməsi onun Allah qarşısında dini vəzifəsidir”. İlahiyyatçı içki içənlərin bir ay da olsa, bu əməldən uzaqlaşmasını müsbət addım kimi qiymətləndirib: “Ramazan ayında da içki içilsəydi necə olacaqdı? Tutaq ki, insan Ramazan ayından öncə də, sonra da içir, amma bir aylıq Allah üçün bu əməldən uzaqlaşarsa, sonra yavaş-yavaş içkini tərk edə bilər. Hər halda içkinin günahı öz yerində qalır. Lakin bir ay Allaha sayğı əlaməti olaraq oruc tutmaq insanı hansısa bəyənilməyən əməllərdən uzaqlaşdıra bilər”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 May, 2017 12:38 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |