إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Baş müfti xristianları öldürənlərə səsləndi: Xainsiniz!

Misirin Baş müftisi xristianlara qarşı törədilmiş hücum haqda danışıb.

Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən verdiyi xəbərə görə, bu barədə RİA agentliyi məlumat yayıb.

Xəbərə əsasən, Misir müftisi Şəuqi Əllam cümə günü Qipti xristianları daşıyan avtobusa edilmiş hücumu kəskin şəkildə pisləyərək, terrorçuları din satqınları adlandırıb.

Misirin Baş din xadiminin bəyanatına əsasən, törədilmiş terror aktı “iyrənc bir əməldir”.

“Bu xainlər günahsız insanlara qarşı terror törədiblər, bizim xristian həmvətən qardaşlarımıza nisbətdə olan öhdəliklərinə xəyənət ediblər. Terrorçular bununla dinin bütün əsaslarını və insani dəyərləri pozublar.”, -deyə Misir müftisinin bəyanatında deyilir.

Qeyd edək ki, ötən gün səhər saatlarında naməlum silahlı şəxslər yerli Qipti xristianları daşıyan avtobusu avtomatlardan atəşə tutublar. Hücum Müqəddəs Samuil monastırının yerləşdiyi ərazidə baş verib. Əl-Minya əyalətinin qubernatoru bildirib ki, hücum nəticəsində 28 nəfər ölüb. Onların böyük hissəsi uşaqlardır.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 May, 2017  18:59 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!