|
• DünyadaABŞ Dövlət Departamenti ənənəvi Ramazan tədbirlərindən imtina etdiABŞ Dövlət Departamenti uzun illərdir Ramazan ayı ilə bağlı təşkil olunan ənənəvi tədbirlərdən imtina edib. Ahlibeyt.az-ın Tass-a istinadən verdiyi xəbərə görə, bu barədə Reuters agentliyinin Departamentdəki mənbəyə əsasən məlumat yayıb. Məlumatda bildirilir ki,aprel ayının əvvəllərində ABŞ dövlət katibi Reks Tillerson ona təqdim edilən müvafiq sorğunu rədd edib. Məlumata əsasən, ABŞ Dövlət Departamentində Ramazan ayı ilə bağlı tədbirlər 1999-cu ildən etibarən təşkil edilir. Madlen Olbrayt tərəfindən qoyulan ənənəni sonrakı illərdə Demokrat və Respublikaçılar partiyasının nümayəndələri daim davam etdiriblər. Bu tədbirlər Dövlət Departamentində təşkil olunan iftar süfrəsi və yaxud müqəddəs ayın bitməsi ilə əlaqədar qəbul keçirilib. Müsəlman icmalardan da məsələ ilə bağlı açıqlama verilərək bu tədbirlərə dəvət almadıqlarını bildiriblər. Dövlət departamentinin nümayəndəsi Reuters agentliyinin sorğusuna cavab olaraq bildirib ki.biz Fitr bayramını qeyd etmək imkanlarını araşdırırıq. ABŞ səfirləri və diplomatik missiyalarda Ramazan ayı ilə bağlı ənənəvi tədbirlərin təşkil olunması nəzərdə tutulub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 May, 2017 10:31 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |