|
• DünyadaAyətullah İsa Qasimin Nəcəfə sürgün edilməsinə İraq höküməti "yox" deyibBəhreyn rejiminin ölkənin mənəvi lideri Ayətullah İsa Qasimlə bağlı sürgün planlarının üstü açılıb. Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən məlumatına görə,Bəhreyn rejiminin ölkənin mənəvi lideri Ayətullah İsa Qasimlə bağlı sürgün planlarının üstü açılıb. Belə ki, Ali Xəlifə rejimi bir neçə gün öncə İraqın baş nazirinə müraciət edərək Bəhreyn şiələrinin liderini Nəcəfə göndərilməsi üçün izin verilməsini istəyib. Bu haqda məlumatlı mənbə "Al Mayadeen" telekanalını bilgiləndirib. Məlumata görə, İraqın baş naziri Heydər Əl İbadi krallığın xahişini qəbul etməyib. Qeyd edək ki, Nəcəf və Bağdadda Seyid Müqtəda Sədr tərəfdarları böyük mitinq keçirərək Bəhreyn rejimindən Ayətullah İsa Qasimin azad edilməsini tələb ediblər. Beynəlxalq təşkilatlara səslənən etirazçılar, rəsmi Mənaməni xalqa dəstək verməyə, zorakılığa son qoymağa və şiələrin rəhbəri Ayətullah İsa Qasimi sərbəst buraxmağa çağırıblar. Xatırladaq ki, "Sədr" hərəkatının lideri Seyid Müqtəda Sədr bir neçə gün öncə tərəfdarlarına Bəhreyn rejiminə etiraz aksiyalarının təşkilinə səsləmişdi.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 May, 2017 13:00 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |