|
• DünyadaBMT Səudiyyədən Avamiyyə şəhərinə qarşı mühasirəni götürməyi tələb etdiBMT-nin İnsan Hüquqları Üzrə Ali Komissarlığı Səudiyyə rejimindən ölkədə Əhli-Beyt (ə) ardıcıllarının sıx yaşadığı Avamiyyə bölgəsinə qarşı tətbiq olunan mühasirəni yığışdırmasını tələb edib. Açıqlamada Səudiyyə rejiminin Avamiyyə şəhərinin Əl-Məstura bölgəsinin tarixi hissəsini darmadağın etməsi qınanılıb, Səudiyyə rejiminin bu təcavüzkarlığının şəhərin tarixi hissəsini məhv etdiyi və insan haqlarını kobud surətdə pozduğu qeyd olunub. BMT-nin mədəniyyət hüquqları üzrə xüsusi məruzəçisi Kərimə bin Aun mayın 24-də verdiyi açıqlamasında isə belə deyib: "Avamiyyə və Əl-Məsturə tarixi bölgələrinin mühüm bir hissəsini darmadağın edən Səudiyyə rejimi hələ də bu dağıtmaq cəhdlərini davam etdirir və bu barədə edilən xəbərdarlıqlara tabe olmur". Bin Aun Avamiyyə və Əl-Məsturə bölgələrinə hücum edən Səudiyyə rejiminin bu təşəbbüsünün bir tarixi məhv etməkdən ibarət olduğunu bildirib. O, Səudiyyə rejiminin bu təcavüzkarlığının kompensasiyası mümkün olmayan zərər və ziyanlara səbəb olacağını söyləyib. BMT rəsmisi müvafiq qurum və təşkilatlardan dərhal bu zülmə son qoyulması üçün təşəbbüs etmələrinin lazım olduğunu qeyd edib. Mənbə: Deyerler.org
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 May, 2017 20:05 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |