إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Xameneinin dəftərxanasından mübarək Ramazan ayının ilk günü ilə bağlı açıqlama

Bu il 27 may -  mübarək Ramazan ayının ilk günüdür. Bunu İranın ali dini rəhbəri Ayətullah Seyyid Əli Xameneinin dəftərxanasının "Ayın axtarışı üzrə mərkəz"in üzvü höccətülislam Əlirza Müvəhhidnejad bu gün keçirdiyi mətbuat konfransında deyib.

Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə, o bildirib ki, Ramazan ayı hilalının görünməsi ilə bağlı komitənin üzvləri təyin olunub və müəyyən olunmuş vaxtda öz işlərinə başlayacaq.

Cümə günü günün ikinci yarısı İranın müxtəlif vilayətlərində 150-dən çox qrup mübarək Ramazan ayı hilalını görmək üçün izləyəcək. “Ekspertlərin proqnozu belədir ki, cümə günü ay görsənəcək. Təqvimdə göstərildiyi kimi şənbə günü Ramazan ayının ilk günüdür”.

O həmçinin bildirib ki, böyük ehtimalla Ramazan ayı bu il 30 gün olacaq.

Qeyd edək ki,Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının bu ilki hesablamalarına əsasən, ölkə ərazimizin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Ayın görünməsi ilə miladi təqvimlə 27 may 2017-ci ilə təsadüf edəcəkdir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 May, 2017  18:56 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!