|
• DünyadaSuriyanın daha bir böyük şəhəri terrorçulardan tam azad edildiSuriyanın daha bir şəhəri ordunun tam nəzarəti altına keçib. Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən verdiyi xəbərə görə,bu barədə RiaNovosti məlumat yayıb. Xəbərə əsasən, terrorçuların Suriyanın Homs şəhərinin Əl-Vaer kvartalından çıxarılması prosesi başa çatıb. Silahlıları aparan son “karvan” Cərablus istiqamətində hərəkətə başlayıb. Hazırda şəhər tamamilə Suriya ordusunun nəzarəti altına keçib. Suriya polisinin zabitinin sözlərinə görə, Homs şəhərinin özündə ancaq öz evlərini tərk istəməyən mülki şəxslər qalıb. Əl-Vaerin mərkəzi meydanında Homs əyalətinin qubernatorunun iştirakı ilə Suriya dövlət bayrağı qaldırılıb. “Kvartala minatəmizləyənlər daxil olandan sonra, KİV nümayəndələrinin öz gözləri ilə son azad edilmiş kvartalı görməsinə icazənin verilib-verilməməsinə dair qərar qəbul ediləcək.”, - deyə polis zabiti bildirib. Qeyd edək ki, 11-ci mərhələ zamanı şəhərdən 2,5 mindən çox insan çıxıb ki, onlardan da 700-ü terrorçudur. Razılıqlara əsasən, həmin silahlıların əksəriyyətinə öz silahlarını götürməyə icazə verilib. Təxliyyə prosesi hadisəsiz ötüşüb. Keçmiş 10 mərhələ ərzində Əl-Vaeri 3,5 mindən çox terrorçu da daxil olmaqla, ümumilikdə 17 minə yaxın insan tərk edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 May, 2017 13:00 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |