إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Donald Trampın ilk xarici turnesi - Səudiyyə səfəri başladı

ABŞ prezidenti Donald Trampın  ilk xarici turne çərçivəsində Səudiyyə Ərəbistanına səfəri başlayıb.

Ahlibeyt.az-ın İnterfax-a istinadən məlumatına görə, ABŞ dövlət başçısını dövlət katibi Reks Tillerson, digər rəsmi şəxslər, eləcə də həyat yoldaşı, dövlət müşaviri vəzifəsini tutan qızı və kürəkəni Jareld Kuşner müşayiət edir.

Ər-Riyadda onun Səudiyyə Ərəbistanı kralı Salman bin Abdel Azizlə görüşü planlaşdırılıb.

Daha sonra “Birlikdə biz məqsədlərimizə çatacağıq” şüarı altında ABŞ-Səudiyyə Ərəbistanı sammiti keçiriləcək, iqtisadiyyat, hərbi-texniki və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə ediləcək. Bir sıra ikitərəfli razılaşmaların imzalanması gözlənilir.

D. Trampın Ər-Riyadda həmçinin Fars Körfəzi Ərəb Ölkələrinin Əməkdaşlıq Şurasına üzv ölkələrin liderləri ilə yüksək səviyyəli görüşü olacaq. Görüşə daha sonra 40-a yaxın ərəb və müsəlman ölkəsinin liderləri qatılacaq.

Qeyd edək ki, Azərbaycan da həmin görüşə dəvət olunan ölkələr sırasındadır.

Tramp ilk xarici turne çərçivəsində həmçinin İsrail və Vatikana səfər edəcək, NATO-nun Brüssel sammitində və G-7 liderlərinin Siciliyada keçiriləcək görüşündə iştirak edəcək.

 

 

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 May, 2017  15:14 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!