|
• DünyadaÇin uyğur türklərini sıxışdırmağa davam edir: DNT nümunələri toplanacaqÇin hökuməti Sintszyan-Uyğur əyalətinin müsəlman sakinlərini sıxışdırmağa davam edir. Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən verdiyi xəbərə görə,bu barədə “Islam Today” məlumat yayıb. Xəbərə əsasən, Çinin Sintszyan-Uyğur əyalətinin rəhbərliyi İslam dinindən olan insanları sıxışdırmaq istiqamətində növbəti, eyni zamanda da çox qəribə qərar qəbul edib. Qeyd edək ki, adıçəkilən bölgə əhalisinin əksər hissəsi müsəlman olan uyğur türkləridir. Bu səfər isə elan edilib ki, Çinin güc strukturları kütləvi şəkildə yerli müsəlmanlardan DNT nümünələri toplamaq niyyətindədir. Beynəlxalq hüquq-mühafizə təşkilatının məlumatına əsasən, güc strukturları artıq 3 milyon dollar dəyərində DNT-analizi üçün avadanlıq alıb. Qeyd etmək lazımdır ki, hələ 2016-cı ildə də hüquq-mühafizə orqanları xarici pasport almaq istəyən müsəlmanların barmaq izlərini, səs yazılarını və DNT nümunələrini toplamışdı. İndi isə, görünür ki, bu “yeni tədbir” bölgədə yaşayan bütün uyğurlara aid ediləcək. Xatırladaq ki, daha əvvəl Sintszyan rəhbərliyi yerli sakinlərə saqqal uzatmağı, ənənəvi müsəlman geyimi geyinməyi, həmçinin uşaqlara İslam dini ilə əlaqəli adlar verməyi və komunist partiyasının nümayəndələri olmadan kəbin kəsməyi qadan edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 May, 2017 16:04 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |