|
• DünyadaAvropa Şurası Srebrenitsada müsəlmanlara qarşı törədilmiş qətliamı soyqırım kimi tanımağa çağırıbAvropa Şurası (AŞ) ekspertləri Serbiyanı 1995-ci ildə Srebrenitsada müsəlmanlara qarşı kütləvi qətliam törədilməsini soyqırım kimi tanımağa çağırıblar. Ahlibeyt.az-ın Salamnews-a istinadla verdiyi xəbərə görə, rasizm və dözümsüzlüklə mübarizə üzrə Aİ Komissiyasının bugünkü bəyanatında deyilir: "Serbiya parlamenti və Prezidenti baş verənlərə görə üzr istəyiblər, lakin indiyə qədər beynəlxalq məhkəmələrin gəldiyi qənaətə uyğun olaraq o zamankı hadisələri açıq şəkildə soyqırım kimi tanımayıblar". Bildirək ki, 1995-ci ilin iyulunda Bosniyada müharibənin başa çatmasına cəmi bir neçə ay qalmış Bosniya-Serb birləşmələri təxminən səkkiz min müsəlmanı oğurlayıblar və öldürüblər. Bu qətliam İkinci Dünya müharibəsindən sonra Avropada törədilmiş ən dəhşətli hərbi cinayət sayılır. AŞ komissiyası öz bəyanatında soyqırımda və rasizm zəminində digər hərbi cinayətlərdə günahkarların ələ keçirilməsi və məsuliyyətə cəlb edilməsi işində inkişafın ləng getməsindən dolayı təəssüfünü ifadə edib. "Soyqırım faktının tanınması və bütün zorakılıq hallarının şəffaf şəkildə araşdırılması müxtəlif etnik qruplardan olan insanların bundan sonra hədə-qorxu və zorakılıq zəminində yeni cinayət dalğası qarşısında qorxu şəraitində yaşamamaları üçün zəruridir", - deyə sənəddə vurğulanır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 May, 2017 15:08 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |