إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Kazanda İƏT-ə üzv 50 ölkənin iştirakı ilə iqtisadi sammit keçiriləcək

Tatarstan paytaxtı Kazanda İslam Əməkdaşlığı Təşkilatına üzv 50 ölkənin iştirakı ilə iqtisadi sammit keçiriləcək.

Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə, Rusiya və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin IX beynəlxalq iqtisadi sammiti "Kazansummit" Mayın 18-20-də Tatarstan respublikasının inzibati mərkəzində baş tutacaq.

Tədbirdə Rusiya Prezidenti Vladimir Putin, Baş nazir Dmitri Medvedev, Tatarıstan Prezidenti Rüstəm Minnixanov, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Rusiya Bankının sədri Elvira Nabiulina, İƏT-in keçmiş baş katibi Ekmeleddin İhsanoğlu və digər şəxslərin çıxışı nəzərdə tutulub.

Tədbirdə müxtəlif ölkələrdən və beynəlxalq təşkilatlardan 2000 nümayəndə, eləcə də 200 KİV təmsilçisi iştirak edəcək.

Rusiya və İƏT ölkələrinin beynəlxalq iqtisadi sammiti 2009-cu ildən keçirilir, ticari-iqtisadi, elmi-texniki, sosial-mədəni əməkdaşlıq üçün əsas platforma sayılır.

Sammit çərçivəsində "Russia Halal Expo” sərgisinin də Kazan şəhərində keçirilməsi planlaşdırılır.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 May, 2017  11:12 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!