|
• Dünyadaİslam incəsənəti muzeyi - Fotoİslam incəsənəti muzeyi (ərəb. متحف الفن الإسلامي) — Qətərin paytaxtı Dohada yerləşən və arxitektor Bey Yuyminin layihəsi əsasında yaradılan muzey. Ahlibeyt.az-ın məlumatına görə, muzey Fars körfəzi sahillərində yerləşən ərəb ölkələrinin ilk incəsənət muzeyidir və islam incəsənətinin iri kolleksiyasına, tədqiqat institutuna və kitabxanaya malikdir. Muzeyin qalereyasının daxili dizaynı arxitektor Jan Mişel Vilmottun rəhbərliyi altında işlənilmişdir.Muzeyin binası qədim islam arxitekturası üslubunda tikilsə də, unikal dizayna malikdir. Bu muzey Fars körfəzi sahillərində yerləşən ərəb ölkələrinin ilk incəsənət muzeyidir və islam incəsənətinin iri kolleksiyasına, tədqiqat institutuna və kitabxanaya malikdir. Muzeyə, həmçinin ərəb motivləri əsasında fransız Aralıq dənizi mətbəxinin xidmətlərini təklif edən yüksək səviyyəli mətbəx də daxildir. Tunis yazıçısı və incəsənətşünası Sabiha əl-Hemir 1206-cı ildən 2008-ci ilədək muzeyin təsisçisi və direktoru kimi fəaliyyət göstərmişdir. Muzeyin ümumi sahəsi 45 000 m²-dir. Muzey Doha körfəzinin cənub qurtaracağında, Doha limanı yaxınlığında yerləşir. Muzeyin tikintisi Türkiyənin Baytur Constr.Co. şirkəti tərəfindən həyata keçirilib. İnşaat işləri 2006-cı ildə tamamlansa da, muzeyin daxili quruluşu Qətər əmirinin iştirakı ilə sonralar müxtəlif dəyişikliklər edilmiş və geniş ictimaiyyət üçün 8 dekabr 2008-ci ildə açıq elan olunmuşdur. Muzeydə islam incəsənətinin yayldığı geniş bir arealı əks etdirən, öz mənşəyinə görə İspaniya, Misir, İran, İraq,Türkiyə Hindistan və Mərkəzi Asiya ərazilərində tapılmış zəngin sənət nümunələri toplanıb.
Fotolar İqna-ya məxsusdur Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 May, 2017 12:56 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |