إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Əhməd Sabiri Həmədani vəfat edib

Xobreqan Ekspertlər Məclisinin sabiq üzvi,  Qum Dini Elmiyyə Hövzəsinin Müəllimlər Birliyinin üzvi Ayətullah Əhməd Sabiri Həmədani 94 yaşında vəfat edib.

Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə, uzun müddət xəstəlikdən əziyyət çəkən və xəstəxanada müalicə olunan Ayətullah Sabiri Həmədani şənbə günü vəfat edib.

Ayətullah Sabiri Həmədani  1923-cü ildə Həmədan şəhərinin Böyük Abad kəndində dünyaya gəlib.  İlk təhsilini məktəbxanada alıb, dini təhsil almaq üçün 1940-cı ildə  Həmədan dini elmi hövzəsinə daxil olub.  Daha sonra təhsilini Məşhəd  və Qum şəhərlərində davam etdirib.  O təhsil müddətində çoxlu  ustadlardan dərs alıb, onlardan  Ayətulah Sultani Təbatəbai,  Ayətulah Bürucerdi,  Ayətullah İmam Xomeyni,  Ayətullah Qolpayqani və Ayətullah Mühəqqiq Damadın adını  çəkmək olar.

Mərhum Ayətullah Sabiri Həmədani  bir çox ölkələrdə məscid və hüseyniyyələr tikdirib.  Həmçinin təbliğ üçün  Azərbaycan, Avstraliya, Türkiyə,  İngiltərə, İspaniya, İtalya, Yunanıstan, Almaniya, Hollandiya, Yaponiya, Pakistan , Çin və Rusiya kimi ölkələrdə  səfərdə olub.

Mərhum Ayətullah Sabiri Həmədani  həmçinin çox saytda kitabın müəllifi olub.

Qeyd edək ki, Ayətullah Əhməd Sabiri Həmədani keçən əsrin 90-cı illərinin ortalarında İranın ali dini lideri Ayətullah Seyyid Əli Xameneinin  Azərbaycandakı nümayəndəliyinə rəhbərlik etmişdir.

Allah rəhmət eləsin

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 May, 2017  13:10 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!