
Xobreqan Ekspertlər Məclisinin sabiq üzvi, Qum Dini Elmiyyə Hövzəsinin Müəllimlər Birliyinin üzvi Ayətullah Əhməd Sabiri Həmədani 94 yaşında vəfat edib.
Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə, uzun müddət xəstəlikdən əziyyət çəkən və xəstəxanada müalicə olunan Ayətullah Sabiri Həmədani şənbə günü vəfat edib.
Ayətullah Sabiri Həmədani 1923-cü ildə Həmədan şəhərinin Böyük Abad kəndində dünyaya gəlib. İlk təhsilini məktəbxanada alıb, dini təhsil almaq üçün 1940-cı ildə Həmədan dini elmi hövzəsinə daxil olub. Daha sonra təhsilini Məşhəd və Qum şəhərlərində davam etdirib. O təhsil müddətində çoxlu ustadlardan dərs alıb, onlardan Ayətulah Sultani Təbatəbai, Ayətulah Bürucerdi, Ayətullah İmam Xomeyni, Ayətullah Qolpayqani və Ayətullah Mühəqqiq Damadın adını çəkmək olar.
Mərhum Ayətullah Sabiri Həmədani bir çox ölkələrdə məscid və hüseyniyyələr tikdirib. Həmçinin təbliğ üçün Azərbaycan, Avstraliya, Türkiyə, İngiltərə, İspaniya, İtalya, Yunanıstan, Almaniya, Hollandiya, Yaponiya, Pakistan , Çin və Rusiya kimi ölkələrdə səfərdə olub.
Mərhum Ayətullah Sabiri Həmədani həmçinin çox saytda kitabın müəllifi olub.
Qeyd edək ki, Ayətullah Əhməd Sabiri Həmədani keçən əsrin 90-cı illərinin ortalarında İranın ali dini lideri Ayətullah Seyyid Əli Xameneinin Azərbaycandakı nümayəndəliyinə rəhbərlik etmişdir.
Allah rəhmət eləsin