إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Çində Quran- Kərimin 800 illik əlyazma nüsxəsi çap edildi

Çinin Qansu əyalətində Quran- Kərimin qədim və tarixi əlyazma nüsxələrinin tədqiq olunması üçün 800 illik əlyazma nüsxəsinin üz çıxarışı çap edilib.

Ahlibeyt.az-ın İqna-ya istinadla verdiyi xəbərə görə, tarixi qaynaqlardan əldə edilən  məlumatlarda qeyd olunur ki, bu qədim, nadir və tarixi nüsxənin yazılışı və kitabəti miladın 11-ci əsrinə təsadüf edir.

Bu əlyazma nüsxəyə əsasən demək olar ki, Çinin Qansu əyalətinin Salar tayfasının 800 il öncə İslam dini ilə tanışlığı olub.

Məlumatda bildiirilir ki, Çinin Qansu əyalətinin 800 illik bu qədimi Quran nüsxəsinin üz çıxarışı dini qaynaqlarda və Quran- Kərim ətrafında tədqiqat aparanların istifadəsi üçün çap edilmişdir və satış üçün nəzərdə tutulmuşdur.

Bu nadir əlyazma Qurani-Kərim nüsxəsi 870 səhifədən və çəkisi 12.5kq-dır hazırda bu nüsxə Çinin Qansu muzeyində saxlanılır.

Ehtimal edilir ki, Qansu əyalətində yaşayan "Salar" tayfasının əcdadları yüz illər öncə Mərkəzi Asiyanı tərk edib bu regiona gələrkən bu Quran- Kərim nüsxəsini də özləri ilə gətiriblər.

Qeyd edək ki, Salar tayfası Çinin ən kiçik müsəlman azlığıdır ki, Qansu əyalətində, Çinin YangTese çayından sonra ikinci ən uzun çayı və dünyanın 6-cı ən uzun çayı olan – (5464 km) - "Sarı çay"ın sahillərində məskunlaşıblar və sayları 100 min nəfərdir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 May, 2017  18:33 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!