|
• Mənəviyyat • Şaban ayıHər kim mübarək Şaban ayında sədəqə verərsə..Bu gün hicri-qəməri tarixi ilə mübarək Şaban ayının ilk günüdürŞəban, özündən öncəki Rəcəb ayı kimi müqəddəs Ramazan ayına müqəddimədir. İlahi ziyafət və ibadət ayı sayılan Ramazan ayına mənəvi və fiziki baxımdan hazır olmaq üçün Allah Rəcəb və Şəban aylarında oruc tutub, bağışlanmaq diləməyi tövsiyə edir. Şəban ayının ilk günləri idi. Hz.Əli(ə) məsciddə puç mübahisə aparan gəncləri görüb onlara belə nəsihət etdi: “... Ey təzə iman gətirənlər, bu gün Şəban ayının əvvəlidir. Allah-təala bu ayda xeyiri səpələdiyi üçün onu “Şəban” adlandırmışdır. O, xeyir və ehsan qapılarını bu ayda aşmışdır. Özünün hündür, qiymətli saraylarını çox ucuz qiymətə və asan əməllərlə sizə göstərmişdir. Onları alın!... Bu Şəbanın əvvəlidir. Onun xeyirli yolları – namaz, oruc, zəkat, yaxşılığa dəvət, pisliklərdən çəkindirmək, valideyinə, qohuma, qonşuya yaxşılıq, küsülüləri barışdırmaq, fəqir və miskinlərə sədəqə verməkdir”. Oruc tutmaqla yanaşı bu ayda çoxlu dua etmək və bağışlanmaq diləmək gərəkdir. Digər aylardan fərqli olaraq bu ayda edilən dualar tez qəbul olunar, günahlar isə tez bağışlanar. Lakin insan gərək diqqətli olsun ki, ruhunu mübarək Ramazan ayına kimi təmizləyə bilsin və həmin ayın mənəvi feyzlərindən məhrum olmasın. Şəban ayında yoxsullara əl tutmaq, sədəqə vermək də xüsusi ibadətlərdən sayılır. İmam Sadiq(ə) buyurur ki, hər kim bu ayda sədəqə verərsə, Allah onu tərbiyə edər və öz əxlaqi ilə əxlaqlandırar.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Mart, 2021 10:25 ⁄ Çap
Bu bölmədə22 Mart, 2021 Hər kim mübarək Şaban ayında 7 gün oruc tutsa... |
Xəbər lenti
Səfir: Britaniya Qarabağda minaların təmizlənməsi ilə bağlı Azərbaycanla əməkdaşlığı davam etdirəcək
17 Avqust, 2022 15:54
QHT-lər ermənilərin Laçında ekoloji terror törətməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib
17 Avqust, 2022 11:48
17 Avqust, 2022 11:27
16 Avqust, 2022 11:15
16 Avqust, 2022 10:12
15 Avqust, 2022 09:46
|
© 2022 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |