إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Rusiya Dəmir Yolları qatarlarda halal qidalar verəcək

2017-ci ilin sonunadək Rusiyada qatarlarda sərnişinlərə halal yeməklər təqdim olunacaq.

Ahlibeyt.az-ın maide.az-a istinadən məlumatına görə, Rusiya Dəmir Yolları idarəsi elan edib ki, hazırda bu sahədə danışıqlar aparılır.

Müsəlman Sahibkarlar Dərnəyinin prezidenti Aydar Şaqimardanov deyib ki, qatarlarda halal qidaların təmin edilməsi təyyarələrlə müqayisədə daha çətindir:

"Misal üçün Moskva-Vladivostok qatarı bir istiqamətdə 10 gün hərəkət edir. Moskvada bir istiqamət üçün 10 günlük halal yeməklərin qatara yüklənməsi çətindir. Ona görə qatarlarda halal qidaların verilməsi danışıqları uzun və ağır aparılır”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Aprel, 2017  15:01 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!