إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Türkiyədə dini verilişlər yayımlayacaq yeni radio fəaliyyətə başlayıb

Türkiyə Diyanət İşləri Başqanlığı tərəfindən dini verilişlərin yayımlanması məqsədi ilə qurulmuş daha bir radio fəaliyyətə başlayıb.

“Diyanət Radio” və “Diyanət Quran Radio”sundan sonra fəaliyyətə başlayan “Risalət Radio” ilkin mərhələdə başda Ankara, İstanbul, İzmir olmaqla 35 vilayətdə yayımlanacaq.

Ahlibeyt.az-ın Salamnews-a istinadən məlumatına görə,bu barədə Anadolu agentliyi məlumat yayıb.

radio dinləyicilərinə İslam tarixi, hicrət dövrü, Həzrət İslam peyğəmbərinin (s) hədislərindən bəhs ediləcək və bir-birindən fərqli proqramlar təqdim ediləcək.

Radio Ankarada 94.0, İstanbulda 95.1 tezliyində yayımlanacaq. “Risalət Radio”nun bütün Türkiyə ərazisində yayımlanması nəzərdə tutulur.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Aprel, 2017  10:35 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!