|
• Mənəviyyat • Rəcəb ayıKim Rəcəb ayının sonuncu bir gününü oruc tutarsaBu axşam - 24 mart məğrib azanı zamanı(gün batdıqdan sonra) hicri-qəməri tarixi ilə mübarək Rəcəb ayının 30-u(son günü) daxil olur daxil olur. İbn Babəveyh mötəbər silsilə sənədlərlə Salimdən belə nəql edir: “Rəcəb ayının sonuna bir neçə gün qalmış imam Sadiqin (ə) hüzüruna getdim. Həzrət məni görcək buyurdu: “Ey Salim, heç bu ayda oruc tutubsan?” Dedim: Xeyr, ey Peyğəmbər övladı! İmam (ə) buyurdu: Sənin nə qədər savabı əldən verdiyini Allahdan başqa heç kim bilmir. Həqiqətən bu ayı digərlərindən uca tutmuş və ona hörmət qoymuşdur.Bu ayda oruc tutanları əzizləməyi Özünə vacib bilmişdir. Sonra imamdan soruşdum: Ey Peyğəmbər övladı! Əgər bu ayın qalan günlərini oruc tutsam, oruc tutanların savabına yetişərəmmi? İmam buyurdu: Ey Salim! Kim bu ayın sonuncu bir gününü oruc tutarsa, bu oruc onu ölüm anının çətinlikləri, ölümdən sonrakı qorxulu hadisələr və qəbir əzabından qoruyar. Kim bu ayın son iki gününü oruc tutarsa, “Sirat” körpüsündən keçid vəsiqəsini qazanar. Hər kim son iki günü oruc tutarsa, qiyamət günü Sirat körpüsündən asanlıqla keçər.Sonuncu üç günü oruc tutsa böyük “Qiyamət" gününün qorxu və şiddətindən amanda qalar." Bil və agah ol ki,Rəcəb ayı haqqında saysız fəzilətlər yayılmışdır." Həmçinin hədislərdə bu gündə qüsl almaq tövsiyyə olunub və qeyd olunur ki, bu gün oruc tutmaq keçmiş və gələcək günahların bağışlanmasına səsəb olur. Mənbə: Şeyx Abbas Qimmi "Məfatihul-Cinan"; mübarək Rəcəb ayı bölməsi
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Mart, 2020 14:20 ⁄ Çap
Bu bölmədə18 Fevral, 2021 Rəcəb ayında səkkiz gün oruc tutmağın savabı17 Fevral, 2021 “Leylətul-Rəğaib-Arzular gecəsi” - Fəzilət və əməlləri16 Fevral, 2021 Mübarək Rəcəb ayında oruc tuta bilməyənlər nə etməlidir?...13 Fevral, 2021 Mübarək Rəcəb ayı qeyd olunan əlamətdar günlər |
Xəbər lenti
2 Mart, 2021 14:12
1 Mart, 2021 18:30
1 Mart, 2021 12:46
|
© 2021 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! CMS Danneo |
© Saytı düzəldib: 313wb.com |