إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İƏT Azərbaycana qarşı erməni təcavüzünü qəti şəkildə pisləyir

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə qətnamələrini dəstəkləyir və ATƏT-in təşəbbüsləri daxil olmaqla, bütün diplomatik səy və təşəbbüsləri alqışlayır.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bunu Trend-ə İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusuf bin Əhməd əl-Usaymin deyib.

Baş katib qeyd edib ki, İƏT, həmçinin Dağlıq Qarabağ münaqişəsi üzrə maraqlı olan regional və beynəlxalq tərəflərlə sıx təmasları dəstəkləyir və bu məsələnin daha praktiki və konstruktiv həlli üçün Təmas qrupu yaradıb:

"Ümid edirik ki, bu qrup münaqişənin dinc yolla nizamlanmasının yeni yollarını tapacaq".

O bildirib ki, İƏT-in təşkilatın fəaliyyətinin 10 illik proqramı (İƏT-2025), nizamnaməsi kimi əsas sənədlərində, müvafiq qətnamə və qərarlarında qeyd olunduğu kimi, İslam Əməkdaşlıq Təşkilatının bütün üzv dövlətləri öz mübahisəli məsələlərini dinc yolla nizamlamalı və güc tətbiqinin istifadəsi və təhdidindən çəkinməlidirlər:

"Belə dinc yanaşma Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün də təsdiq edilib".

Yusuf bin Əhməd əl-Usayminin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi 1992-ci ildən İƏT-in gündəliyindədir:

"İƏT Azərbaycan Respublikasına qarşı erməni təcavüzünü qəti şəkildə pisləyir və mövqeyi bundan ibarətdir ki, Ermənistan qoşunları Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmalıdır".

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Aprel, 2017  16:56 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!