إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Allahşükür Paşazadə Gürcüstanda beynəlxalq konfransın keçirilməsini təklif edib

Tiflisdə səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri, Hacı Allahşükür Paşazadə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb.

 

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Apa-nın Gürcüstan bürosunun məlumatında bildirilir ki, tərəflər terrorçuluq, radikalizmə qarşı və həmçinin sülhə yönələn elmi-dini konfranslar keçirməyi qərara alıblar. Görüşdə gənc nəsl arasında dostluq, sülh və vətənpərvərlik təbliğatının aparılmasının vacibliyi vurğulanıb.  A.Paşazadə Gürcüstan prezidentinə xalça hədiyyə edib. Görüşdən sonra A.Paşazadə  və onun başçılıq etdiyi nümayəndə heyəti prezident sarayından Tiflis şəhərini seyr ediblər.

 

Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında Ermənistanın Azərbaycana qarşı torpaq təcavüzü etdiyini bildirib: “Mən görüşlərimdə Azərbaycan və Gürcüstan torpaqlarının 20%-nin işğal olunduğunu bildirdim. Ermənilər işğal zamanı Azərbaycan torpaqlarında olan tarixi-mədəni abidələri də məhv ediblər. Mən hər üç dövlət rəhbəri ilə görüşdə Gürcüstanda yaşayan soydaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması üçün istənilən şərait yaratdıqları üçün minnətdarlığımı bildirdim. Dövlət başçımızın və xalqımızın salamlarını hər üç dövlət rəhbərinə çatdırdım. Mən onlara mənimlə həmfikir olduqlarına görə təşəkkür etdim”.

 

Məlumata görə,Tiflisdə səfərdə olan QMİ sədri, Gürcüstan baş naziri Georgi Kvirikaşvili ilə də görüşüb.

 

Görüş zamanı A. Paşazadə Gürcüstan Patriarxı II İliya ilə uzun illərdir tanış və dost olduğunu bildirib.

 

O, xristian və müsəlman dinlərinin üzərinə böyük vəzifələr düşdüyünü qeyd edib. A. Paşazadə xristian və müsəlman dinlərinin həmrəyliyi mövzusunda Gürcüstanda beynəlxalq konfransın keçirilməsini təklif edib.

 

Qeyd edək ki,Gürsüstanda səfərdə olan QMİ sədri Hacı Allahşükür Paşazadə Gürcüstan katolikos patriarxı II İliya ilə görüşüb. Qəbulda Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və səfirlik əməkdaşları, QMİ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri Hacı Əli Əliyev, iki ölkənin din xadimləri iştirak ediblər.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Aprel, 2017  12:50 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!