إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İraq Baş naziri: “Həşd-Şəbinin səyləri ilə İraqın bütün bölgələrini azad edə bilərik"

İraq Baş naziri Heydər əl-Abadi İraq Könüllü Xalq Qüvvələrinin Mosuldakı xilasetmə əməliyyatlarındakı səylərini təqdir edib.

Nazir əl-Abadi Mosul qərbindəki əməliyyat bölgəsində Həşd-Şəbi komandirləri həyata keçirdiyi görüşdə deyib:"Biz Həşd-Şabi qüvvələrinin səyi ilə indiyə qədər əldə etdiyimizdən daha artığını əldə edə və ölkənin bütün ərazilərini azad edə bilərik."

Heydər əl-Abadi Könüllü Xalq Qüvvələrinin Mosul şəhərini azad etmə əməliyyatlarındakı səylərini təqdir edərək bildirib:

"Mosulun sağ sahilini azad etmə əməliyyatları son mərhələsindədir və azad edilməyən, sadəcə, Təlafər, İraq və Suriya sərhədləri boyunca Neynəvanın cənubu və qərbi qalmışdır və çox əhəmiyyətlidir.

İŞİD radikal bir ideologiyadır  və qarşısındakı hər şeyi viran edir.İŞİD bizi və bütün inancımızı məhv etmək istəyir"

İraq Baş naziri 19 fevralda Mosulun sağ sahillərini azad etmə əməliyyatlarının başladığını açıqlamışdı.

Qeyd edək ki,İraq qüvvələri bu əməliyyatlarda indiyə qədər bir çox kəndi İŞİD terrorçularından azad edib.

İraq qüvvələri yanvarın 24-də Mosul şəhərinin sol sahillərini tamamilə İŞİD terrorçularından təmizləyib.

Neynəvanı azad etmə əməliyyatları 17 oktyabr 2015-da başlayıb və o gündən indiyə qədər ordu, federal polis, Könüllü Xalq Qüvvələri və "Peşmərgə"dən ibarət olan İraq qüvvələri Neynəva əyalətində yüzlərlə kvadrat kilometr ərazini İŞİD terrorçularından azad edib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Aprel, 2017  12:48 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!