إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Səudiyyə Ərəbistanı İranın 2017-ci il Həcc ziyarəti ilə bağlı bütün şərtlərini qəbul etdi

İran Parlamentinin idarə heyətinin üzvü Əkbər Rəncbərzadə Səudiyyə rejiminin 2017-ci il həcc ziyarəti ilə bağlı İranın bütün şərtlərini qəbul etdiyini qeyd edib.

Əkbər Rəncbərzadə parlamentin "2017-ci il həcc problemləri" mövzusunda keçirilən qapalı iclasına dair açıqlamasında belə deyib:

"Səudiyyə İranın 2017-ci il həcc dövründə zəvvarlarını göndərə biləcəyini qeyd etmişdir. Ancaq biz əvvəlcə qəbul etmədik və iranlı zəvvarların təhlükəsizliyi və sağlamlıq vəziyyətləri barədə zəmanət verilməsi üçün müzakirə edilməli olduğunu bildirdik. Səudiyyə də ilk şərtlərimizi müzakirələr nəticəsində tamamilə qəbul etdi".

Mina faciəsinə də toxunan Rəncbərzadə, sözlərini belə davam etdirib:

"Müqəddəs Məkkədə baş verən kran faciəsində həlak olan iranlı zəvvarların təzminatı kimi qan pulu Səudiyyə rejimi tərəfindən ödənmişdir. İran Ər-Riyada Mina faciəsində şəhid düşənlərə də təzminat ödəməli olduğunu rəsmi olaraq bildirdi, lakin Səudiyyə rejimi bunu qəbul etmir. Çünki bu məsələni təsdiq edəcəkləri təqdirdə, Mina faciəsində təqsirkar olduqlarını bir növ etiraf etmiş olacaqlar.

Səudiyyə rəhbərliyi Mina faciəsi ilə bağlı təqsirkar vəziyyətinə düşməsindən narahatdır. Bu barədə əlimizdə xeyli şahid və sənədlər var. Baş verən ikitərəfli danışıqlar nəticəsində Səudiyyə tərəfi, bu hadisəni yenidən araşdırıb, nəzərdən keçirəcəyi barədə söz verdi".

Mənbə:deyerler.org

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Aprel, 2017  16:54 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!