إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Çeçenistan Prezidenti terrorçuların qohumlarına xəbərdarlıq etdi

Çeçenistan Prezidenti Ramzan Kadırov terrorçu qohumlarına yardım edən şəxslərə xəbərdarlıq edib.

Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən verdiyi xəbərə görə, bu barədə “RussiaToday” məlumat yayıb.

Xəbərə əsasən, Çeçenistan Respublikasının Prezidenti Ramzan Kadırov bildirib ki, terrorçu qohumlarına kömək edən Çeçenistan sakinləri respublika ərazisindən çıxardılacaqlar.

“Mən, terrorçuluq yolunu seçmiş oğul və ya qardaşlarına kömək edən şəxsləri, terrorçuya bizi öldürmək üçün maddi yardım edən şəxsləri nəzərdə tuturam. Bu cür insanları biz köçürdəcəyik. Nəyə görə biz onları yedirməli, pulla təmin etməli, qorumalıyık ki?”, - deyə Kadırov bildirib.

Onun sözlərinə görə, bu insanlar da terrorçuluğa şərikdirlər. Kadırov qeyd edib ki, respublikada terrorçuları tutmağa yardım edən şəxslərin işləri isə müsbət qarşılanır.

Məlumata görə, ötən gün Rusiya Prezidenti Vladimir Putin Ramzan Kadırov ilə terrorçuluqda mübarizə mövzusunu müzakirə edib. Xüsusilə də, Kadırov bir müddət öncə Rusiya Qvardiyasının hissəsinə edilmiş hücumu xatırladaraq, qeyd edib ki, təhlükəsizliklə bağlı məsələlərin hələlik tam  həll edilməyib.

Mətbuata açıqlama verən Çeçenistan prezidenti bildirib ki, formalaşdırılmış hərbi polis batalyonlarından biri hazırda Suriyada hökumət qüvvələrinə yardım etmək məqsədi ilə ezamiyyətə göndərilib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Aprel, 2017  13:44 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!