إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Azərbaycan dindar ölkələr arasında - Sorğunun nəticələri

Barem və WIN/ Gallup International 66 mindən çox insan arasında keçirdiyi sorğu əsasında ölkələrə görə dindarların sayını araşdırıb.

Ahlibeyt.az-ın “Qafqazinfo”ya istinadla verdiyi xəbərə görə, 67 ölkənin yer aldığı sıralamada Tayland ən dindar ölkə seçilib. Sorğuda iştirak edənlərin 98 faizi “dindaram” cavabını verib. İkinci yerdə 97 faizlə Nigeriya, üçüncü yerdə 95 faizlə Qana, dördüncü yerdə isə 94 faizlə Hindistan qərarlaşıb.

Ermənistan isə 92 faizin özünü dindar hesab etməsi ilə ilk pillələrdə – 9-cu yerdə sıralanıb.

Siyahıda ən sonuncu yerdə Çin durur. Burada sorğu iştirakçılarının cəmi 9 faizi dindar olduğunu deyib, 67 faiz isə özünü ateist hesab edib. Daha sonra son yerləri Yaponiya, İsveç, Çexiya, Birləşmiş Krallıq bölüşüb.

23-cü yerdə sıralanan İranda sorğu iştirakçılarının 77 faizi özünü dindar olaraq təqdim edib, 16 faizi “dindar deyiləm” deyib. Dörd faiz isə özünü ateist hesab edib. Türkiyədə isə 74 faiz özünü dindar, 6 faiz ateist adlandırıb.

Azərbaycan dindar ölkələr arasında ən sonuncu yerlədən birini tutub. O, bu cədvəldə Fransa, Avstriya, Kanada, ABŞ, Rusiya, Ukrayna kimi ölkələrdən geridə qalıb. Belə ki, sorğu iştirakçılarının cəmi 35 faizi özünü dindar, 64 faizi isə dindar hesab etməyib. “Ateistəm” deyənlər isə olmayıb.

Qeyd edək ki, digər ölkələrlə bağlı sorğunun nəticələrində özünü dindar hesab etməyən kəsimin bəlli bir faizi özünün ateist olduğunu qeyd edib.Azərbaycanda isə respondetlər arasında  özünün ateist olduğunu bildirən olmayıb.Əslində bununla dindar olmayan 65 faiz də özünü inanclı kəsimə aid edib və sadəcə olaraq bu kəsim gündəlik dini ainlərin yerinə yetirmədiklərini bildiriblər.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Aprel, 2017  19:37 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!