إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

London "Halal qida məhsulları" sərgisinə evsahibliyi edəcək

Londonun "Olimpiya" toplanış mərkəzi cari ilin Avqust ayının 19-u və 20-də "Halal qida məhsulları" sərgisinə evsahibliyi edəcəkdir.

Ahlibeyt.az-ın İqna-ya istinadən məlumatına görə,İngiltərə paytaxtı London "Olimpiya" toplanış mərkəzi cari ilin Avqust ayının 19-u və 20-də "Halal qida məhsulları"("Halal Food Festival") sərgisinə evsahibliyi edəcəkdir.

Bu sərgidə dünyanın halal qidaları, yeməli və içməliləri dünyanın bütün ölkələrinin iştirakı ilə sərgilənəcək.

Londonun "Halal qida məhsulları" sərgisində dünyanın müxtəlif ölkələrindən olan və halal yeyinti və şirələr istehsal edən 100 şirkət iştirak edəcəkdir.

Sərgidə halal qıda məhsullarının qədim, ənənəvi və modern şəkildə bişirilməsi, hazırlanması və halal aşpazlığın müxtəlif növ beynəlxalq metodları mətbəx otaqlarında tamaşaçılar üçün icra ediləcəkdir.

Bundan əlavə sərginin uşaqlar üçün məşğuliyyət əyləncəsi, qonaq salonunda müxtəlif növ yeməklərin dadılması, aşpazbaşıların yemək bişirmək təlimləri və teatr səhnəcikləri kimi müxtəlif proqramları da olacaqdır.

Qeyd edək ki, dünya ilk dəfə halal qida məhsulları sərgisi "Halal ticarət markası" ilə Malaziyada keçirilmişdir və bu marka bu ölkədə yaradılmışdır. Son illərdə isə bu marka ("Halal") bir çox İslam ölkələrdə rəsmiləşmiş və qeyri-müsəlman ölkələrdə də rəğbətlə qarşılanır.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Aprel, 2017  17:01 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!