|
• DünyadaDanimarkanın ikinci böyük şəhəri olan Arhusda məscid istifadəyə verildiAvropanın mədəniyyət paytaxtı" sayılan Danimarkanın ikinci böyük şəhəri Arhusda inşası tamamlanan Brabrand məscidinin rəsmi açılış mərasimi keçirilib. Ahlibeyt.az-ın deyerler.org-a istinadla verdiyi xəbərə görə,Anadolu agentliyinin məlumatında bildirilir ki, Türkiyə Diyanət Vəqfi tərəfindən bünövrəsi 2014-cü ilin avqust ayında atılan Danimarkanın Brabrand məscidinin açılış mərasimi Qurani-Kərimin tilavəti ilə başlayıb. Şeir və ilahilər oxunması ilə davam edən mərasimdə, protokol çıxışlarından sonra, xatirəsi ilə bağlı Arhus bələdiyyəsinin sədri Yakob Bundsqaard, Kopenhagen Din Xidmətləri İdarəsinin müşaviri Adnan Bülənd Baloğlu və Türkiyə mənşəli yerli siyasətçilərə bir rəmzi təqdimatlar təqdim edilib. Daha sonra eyni anda 1500 nəfərin ibadət etdiyi məscidin açılışı, lentin kəsilməsi ilə tamamlanıb. Cümə namazının qılınmasından sonra məscid camaatına ehsan süfrəsi açılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Aprel, 2017 17:12 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |