إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ciddədə İƏT-in münaqişələrin həllinə dair təmas qrupunun görüşü başlayıb

Səudiyyə Ərəbistanında "İslam Əməkdaşlıq Təşkilatının"(İƏT) sülh və münaqişələrin həllinə dair təmas qrupunun görüşü başlayıb.

APA-nın İƏT-nın "Twitter" səhifəsinə istinadən verdiyi məlumata görə, Ciddə şəhərində keçirilən görüşün məqsədi terrorçuluq, dözümsüzlük, ekstremizm və sülhə təhdid kimi sahələrdə islam dünyasının qarşılaşdığı problemlərlə bağlı ən yaxşı həll yollarını tapmaqdır.

Qeyd edək ki, təmas qrupunun yaradılması qərarı oktyabrın 18-19-da İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Özbəkistanın paytaxtı Daşkəndə keçirilən 43-cü sessiyasında  qəbul edilib. Qrupun tərkibinə Türkiyə, Mərakeş, Səudiyyə Ərəbistanı, Pakistan, Malayziya, Qambiya və Cibuti daxil olub. Coğrafi təmsilçilik prinsipi ilə götürdükdə, İƏT çərçivəsindəki bütün regionlar qrupda təmsil olunub. 2016-cı ilin sentyabrında BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilmiş 71-ci sessiyası çərçivəsində İƏT baş katibinin sədrliyi ilə təmas qrupunun ilk iclası keçirilib.




Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Aprel, 2017  15:56 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!