|
• Dünyadaİran XİN-in sözçüsü: “İran Şuşa məscidində hər hansı iş görməyib”“İran tərəfindən Şuşa məscidində heç bir fəaliyyət aparılmayıb”. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bunu APA-nın Tehran müxbirinin sualına cavabında İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib. O bildirib ki, İran Şuşa məscidində bərpa işləri və ya hər hansı başqa iş görməyib: “Ola bilsin, bəzi şirkətlər İranın adından istifadə edərək orada hansısa iş görür. Bu məsələdə İran hökumətinin rolu yoxdur”. B. Qasimi qeyd edib ki, İranın Azərbaycan Respublikası ilə bağlı siyasəti şəffafdır: “Bəzi cərəyanlar var ki, Azərbaycan və İran arasında əlaqələri korlayır. Bu kimi cərəyanlar İranla regionun bəzi digər ölkələrinin də əlaqələrini korlamağa çalışır”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Aprel, 2017 14:49 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |