إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Rusiya prezidenti ABŞ-ın NATO üzrə müttəfiqlərini "başını yelləyən çin oyuncağı" adlandırıb

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Suriya aviabazasına raket zərbəsini şərh edərkən NATO üzrə müttəfiqlərin baş verənləri araşdırmadan "başını yelləyən çin oyuncaqları" kimi dərhal razılıqlarını bildirirlər.

Ahlibeyt.az-ın RiaNovosti-yə istinadən verdiyi xəbərə görə, prezident Putin qeyd edib ki, Suriya ordusu tərəfindən kimyəvi silah tətbiqinə dair heç bir sübut yoxdur,amma beynəlxalq hüququn pozulması faktı mövcuddur.

“NATO-nun müttəfiqləri necə reaksiya göstərdilər? Hamısı baş verənlərlə bağlı heç bir analiz etmədən çin oyuncağı kimi başlarını yellədirlər. Suriya qoşunları tərəfindən kimyəvi silah tətbiq edildiyinə dair dəlillər haradadır?-Yoxdur. Amma beynəlxalq hüququn pozulması halı baş verib. Bu aydın faktdır”, - deyə Putin “Mir 24” telekanalına müsahibəsində söyləyib.

Rusiya dövlət başçısı qeyd edib ki, BMT TŞ icazəsi olmadan suveren ölkəyə zərbə endirilib, lakin beynəlxalq hüququn açıq şəkildə pozulmasına baxmayaraq, hamı bundan razılaşaraq qəbul edir və başlarını yelləyərək dəstəkləməyə başlayırlar.

V.Putin vurğulayıb ki, ölkə təcavüzə məruz qalıb və dağıdılıb, məhz bundan sonra terror vüsət tapıb.Buna baxmayaraq yenə də bütün bunlar görməzdən gəlinir,eyni təzyiqlər davam etdirilir.

Onun sözlərinə əsasən, 2003-cü ildə də İraqa qoşun yeritmək üçün tamamilə uydurulmuş bəhanədən istifadə edilib.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Aprel, 2017  12:41 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!