|
• Dünyadaİslamafob siyasətçi Quranı araşdırmaqla müsəlman olduİsveçrəli siyasətçi Daniel Streiç (Daniel Streich) bu ölkədə minarə inşasının qadağan edilməsi üçün həddən artıq səy edənlərdən bir kimi tanınırdı. Artıq bir neçə ildir ki, o, İslam dinini qəbul edərək müsəlman olub.
Ahlibeyt.az-ın deyerler-ə istinadən verdiyi xəbərə görə, aboutislam.net saytının məlumatında bildirilir ki, İsveçrə Xalq Partiyası üzvlərindən olan Daniel Streiç İsveçrə daxilində minarə qadağasının tətbiq olunması mərhələsinə qədər səy edənlərdən sayılırdı.
O, İsveçrə daxilində müsəlmanlara qarşı mənfi bir rəy formalaşdırılmasında fəal rol oynayıb və bu yolda qismən uğurlar da əldə edib.
İslamafobiya kampaniyaları vaxtı Daniel Streiç İslam dini və müsəlmanlar barədə mübahisələrdə Quran və İslam dini təlimlərini oxuyub başa düşmək üçün səy göstərib. Bu səyləri vaxtı mərhələli şəkildə Quranın ayələrini qəbul etdiyini hiss edir.
Bir xristian ailəsində dünyaya gəlmiş Streiç, intensiv şəkildə Quran ayələrindən təsirlənərək, nəticədə 2005-ci ildə siyasi fəaliyyətlərini dayandıraraq, İslam dinini qəbul edib.
Daniel Streiç İslam dinini qəbul etmək şərəfinə nail olduqdan sonra, müsəlmanlara qarşı İsveçrə Xalq Partiyasının fəaliyyətini pisləməyə başlayır.
"İncili oxumaq və kilsəyə getmək vərdişlərim var idi. Hazırda Quran oxuyuram gündə beş vaxtda namaz qılıram. Mən xristianlıqda bilmədiyim həyatın həqiqətini İslamda tapdım. İslam həyatın mühüm suallarına məntiqli cavablar verir. Amma xristianlıqda belə deyil", - deyə o bildirib.
Siyasətçi hazırda İsveçrədə mühafizəkar demokrat partiyası qurmaq üçün çalışır. Əvvəlki partiyasının əksinə, dinlərarası dostluq və sülh şəraitində yaşamağı stimullaşdırmağa istiqamət götürüb.
Bir vaxtlar ölkəsində minarə inşa edilməsinin əleyhinə olan Daniel Streiç, bu gün İsveçrədə beşinci və ən gözəl məscidi qurmağı planlaşdırır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Aprel, 2017 20:28 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |