إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Misirdə niqab qadağan edilə bilər

Misir parlamenti niqabın qadağan edilməsi barədə qanun layihəsi hazırlayır.

Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən verdiyi xəbərə görə,bu barədə “Islam Today” məlumat yayıb.

Xəbərə görə, Misir parlamenti üzü tam örtən və yalnız gözlərin görsəndiyi niqabı qadağan edən qanun  layihəsi hazırlayır.

Bu haqda parlamentin deputatı doktor Əmna Nosyar bildirib. Xanım Nosayr özü hicablı biri olsa da, lakin niqabın qatı əleyhdarıdır. Onun sözlərinə görə niqab İslama yaddır.

Qeyd etmək lazımdır ki, Misirdə ilk dəfə dövlət səviyyəsində niqabın qadağan edilməsi barədə 2016-cı ilin mart ayında danışılmışdı. O zaman da bu qadağanın təşəbbüskarı kimi Nosayr çıxış etmişdi.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Aprel, 2017  20:22 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!