
Misir parlamenti niqabın qadağan edilməsi barədə qanun layihəsi hazırlayır.
Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən verdiyi xəbərə görə,bu barədə “Islam Today” məlumat yayıb.
Xəbərə görə, Misir parlamenti üzü tam örtən və yalnız gözlərin görsəndiyi niqabı qadağan edən qanun layihəsi hazırlayır.
Bu haqda parlamentin deputatı doktor Əmna Nosyar bildirib. Xanım Nosayr özü hicablı biri olsa da, lakin niqabın qatı əleyhdarıdır. Onun sözlərinə görə niqab İslama yaddır.
Qeyd etmək lazımdır ki, Misirdə ilk dəfə dövlət səviyyəsində niqabın qadağan edilməsi barədə 2016-cı ilin mart ayında danışılmışdı. O zaman da bu qadağanın təşəbbüskarı kimi Nosayr çıxış etmişdi.