|
• DünyadaPutin: "ABŞ-ın Suriyaya zərbə endirməsi suveren dövlətə təcavüz və beynəlxalq hüquq pozuntusudur""Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Suriyaya zərbə endirməsini yalançı bəhanə ilə suveren dövlətə qarşı təcavüz və beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndirir". Ahlibeyt.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, "RİANovosti"agentliyinin məlumatında bildirilir ki, bu sözləri Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, Suriya ordusunun kimyəvi silah ehtiyatı yoxdur: "Bütün ehtiyatların məhv edildiyi faktı BMT-nin xüsusi qrupu tərəfindən qeydə alınıb və təsdiqlənib.
Prezident Putinin fikrincə, terrorçular tərəfindən kimyəvi silahdan istifadə edilməsi faktlarının tam inkar olunması vəziyyəti ciddi şəkildə çətinləşdirir. Bundan başqa, dövlət başçısı hesab edir ki, ABŞ-ın Suriyaya zərbə endirməsi İraqda dinc əhali arasındakı çoxsaylı itkilərdən diqqəti yayındırmaq cəhdidir".
Xatırladaq ki, aprelin 7-nə keçən gecə ABŞ prezidenti Donald Trampın əmri ilə ABŞ-ın Aralıq dənizindəki hərbi gəmiləri Suriya hökumət qüvvələrinin istifadə etdiyi Şayrat aviabazasına raket zərbələri endirib. Nəticədə, ilkin məlumatlara əsasən, 4 Suriya hərbçisi ölüb, aviabaza dağıdılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Aprel, 2017 12:27 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |