|
• Mənəviyyat • MənəviyyatNiyyət - "Kumeyl Duası"nın fəzilət və şərhi"Böyük alim,ustad Hüseyn Ənsariyanın Qurani-Kərimə və mötəbər rəvayətlərə əsaslanaraq "Kumeyl” duasına yazdığı geniş şərhini ixtisarla oxuculara təqdim edirik. Niyyət Niyyət dedikdə məqsəd və iradə başa düşülür. İslam dini öz ardıcıllarını - nəinki insanlara, hətta heyvanlara və təbiət aləminə qarşı - xoş münasibətə çağırır. İnsan hamı üçün xeyir və səadət istəməli, imkan daxilində xalqın çətinliyini aradan qaldırmağa çalışmalıdır. Xoş niyyət o qədər dəyərlidir ki, onun müqabilində böyük mükafatlar vəd edilir. İmam Sadiq (ə) buyurur: «Fəqir mömin belə dua edir: «Pərvərdigara, mənə ruzi əta et ki, xeyir işlər görə bilim». Əgər onun niyyəti xalis olsa, hələ heç bir xeyir iş görməmiş onun əməl naməsinə savab yazılar ...»("Əmaliye-Mufid”, 51.) Rəvayət olunur ki, çınqıllı yerdən keçən bir ac kişi «əgər bu çınqıllar təam olsaydı, onları xalq arasında bölərdim» deyə düşünür. Allah öz peyğəmbərinə vəhy edir ki, bu şəxsə «sədəqən qəbul olundu və mükafatına çatdın» - söylə».("Biharul-ənvar”, 68-72.) İnsan bütün ətrafdakılara münasibətdə pis niyyətdən çəkinməlidir. Pis niyyət insanın qəlbini qaraldır, onu çirkləndirir və günah üçün şərait yaradır. Gizli və çirkin sifətlər Nifaq, bədgümanlıq, kin, eqoizm, riya, təkəbbür, lovğalıq, paxıllıq, xəsislik, tamah, həsəd, Allah düşməninə məhəbbət olduqca təhlükəli günahlardır. Bu günahların dünyəvi və üxrəvi əzabından əlavə duanın qəbulunu əngəlləməyi də var. İmam Baqir (ə) münafiq haqqında buyurur: «Pis o bəndədir ki, eyib axtarır, pis danışır, abır aparır, dost kimi gəlib, düşmən kimi arxa çevirir».("Biharul-ənvar”, 68-269.) Ardı var...
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Aprel, 2017 22:39 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |