|
• Mənəviyyat • MənəviyyatXeyirxahlıqdan uzaqlaşma - "Kumeyl Duası"nın fəzilət və şərhi"Böyük alim,ustad Hüseyn Ənsariyanın Qurani-Kərimə və mötəbər rəvayətlərə əsaslanaraq "Kumeyl” duasına yazdığı geniş şərhini ixtisarla oxuculara təqdim edirik. Xalqa Zülm Xalqa zülm etmək çox çirkin, ağır və şeytani bir işdir. İnsan yol verdiyi ən kiçik zülmə görə qiyamət günü hesab veriləcək. "Ənbiya" surəsinin 47-ci ayəsində oxuyuruq: "Əgər sizin əməliniz xardal dənəsi ağırlıqda olsa belə ölçü üçün qiyamət səhnəsinə gətiriləcək və biz hesab çəkəcəyik". Xeyirxahlıq Ruhiyyəsini Tərk Etmək Allahın yardımı ilə insanda yaranan və rəhmət qapılarını onun üzünə açan xeyirxahlıq ruhiyyəsi çox dəyərli nemətlərdəndir. İnsan bütün vücudu ilə bu neməti qorumalıdır ki, başqaları bu dəyəri onun əlindən almasınlar. Mərifət qazanmaq, təvazökarlıq ruhiyyəsi əldə etmək, bəndələrə xidmət göstərmək yolunda bir çox təhlükələr vardır. İnsan bu ruhiyyəni özündə qorumaq üçün ayıq olmalıdır. İstənilən bir zəiflik xeyirxahlıq adətlərini süstləşdirir. Bu ruhiyyəni qoruya bilməyən insan günaha yol verir və nəticədə ilahi nemətlərin yerini çətinliklər tutur. Xeyirxahlıqdan Uzaqlaşma Xalqa yaxşılıq və ehsan iman və insanlıq nişanəsidir. Xeyir əməl sahiblərinin mükafatı ilahi məhəbbətdir.("Nəhcül-Bəlağə”.) Xeyirxah insanlar kiçik maneələr səbəbindən yaxşılıq və ehsanı tərk etməməlidirlər. Xalqa yaxşılıq Allaha ibadətdir. Bu əməllərin böyük mükafatı vardır və xeyirxah insan Allahın razılığını qazanır. Heç şübhəsiz, xeyirxahlıqdan uzaqlaşmaq böyük günahdır. Bu uzaqlaşma insanı Allahın razılığından və gözəl əxlaqdan məhrum edir. Nemətlərə qarşı küfr etmək Qurani-Kərimin ağır əzab vəd etdiyi günahlardan biri də nemətlər qarşısında naşükürlük etməkdir.("Nəhcül-Bəlağə”.) Nemətə qarşı küfr etməyin ən çirkin forması neməti günaha, haram işlərə puç istəklərə sərf etməkdir. İnsanın fiziki və mənəvi inkişafı üçün ona nemətlər bəxş etmiş Allaha şükür etmək vacibdir. Misilsiz nemətlər qarşısında şükür etməmək insanlıqdan uzaq bir xüsusiyyətdir. Şükür nemət verəni və neməti tanımaq, bu neməti halal yerlərdə sərf etməkdir. Qəlb nemətinin şükrü onu imanla bəzəmək, Allah, qiyamət, peyğəmbər və imamlara inanmaqdır. Göz nemətinin şükrü Allahın əzəmətini seyr etmək, elm öyrənmək, Quran oxumaq və onu haramlardan qorumaqdır. Qulaq nemətinin şükrü haqqı dinləmək, batil, haram musiqi, qeybət və böhtana qulaq asmamaqdır. Dil nemətinin şükrü gözəl danışıq, suallara doğru cavab, Quran oxumaq və s. Dili qeybətdən, yalandan, böhtandan, puç danışıqdan qorumaq lazımdır. Cismin nemətinin şükrü halal və qədərincə yeməkdir. Şəhvət nemətinin şükrü bu yolda haram işlərdən çəkinməkdir. Ayaq nemətinin şükrü məscidə getmək, elmi məclislərdə iştirak etmək, qohumları və din qardaşlarının görüşünə getməkdir. Var-dövlət nemətinin şükrü onu ailə-övlada xərcləmək, fəqirlərə yardım etmək, xüms və zəkat ödəməkdir. Bəli, bu işlərdən istənilən birinin tərki günahdır və gec-tez neməti bəlaya çevirəsidir. «Allahumməğfirliyəz-zunubəl-ləti-təhbisud-dua» («Pərvərdigara! Dualarımı həbsə salmış günahlarımı bağışla»). Həzrət Səccad (ə) duanın qəbuluna mane olan yeddi günah göstərir: 1. Pis niyyət; 2. Gizli çirkin sifət; 3. İkiüzlülük və din qardaşı ilə nifaq; 4. Duanın qəbuluna inamsızlıq və onun vaxtını əldən buraxmaq; 5. Vacib namazı təxirə salıb vaxtını ötürmək; 6. Yaxşılıq və sədəqəni tərk etmək; 7. Xalqla danışarkən yersiz sözlərə yol verib söyüş işlətmək.(Tuhəful-uqul 356)
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Mart, 2017 17:38 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |