|
• Dünyadaİraqın əhli-sünnə müftisi: "Biz məzhəbçilik və İraqı parçalamaq istəyənlər qarşısında dayanacağıq"İraqın əhli-sünnə müftisi Şeyx Mehdi Əhməd Əs-Sumeyda amerikalıların yenidən İraqa qayıdacağı təqdirdə, onlarla qarşı hərbi mübarizə aparacaqlarını vurğulayıb. Ahlibeyt.az-ın maide.az-a istinadən məlumatına görə, Şeyx Mehdi Əhməd Əs-Sumeyda Bağdadda hər il keçirilən "İslam müqavimətinə sədaqət" konfransında Al-Sumaria kanalına verdiyi müsahibədə, istənilən məzhəbçilik münasibətinin qarşısında duracaqlarını deyib. "Biz məzhəbçilik və İraqı parçalamaq istəyənlər qarşısında dayanacağıq", - deyə İraqın əhli-sünnə müftisi bildirib. Şeyx Əs-Sumeyda Ənbar əyalətində oturaq aksiyası keçirənləri və İŞİD terror təşkilatının İraqa girişinə səbəb olanları şiddətlə tənqid edib: "Bəzi tərəflər Ənbarda keçirilən oturaq aksiyası üçün yüksək miqdarda pullar xərclədilər və bunun nəticəsi İŞİD-in İraqa girməsi oldu. Bizim 52 min döyüşçümüz var və indi İŞİD-çilərə qarşı vuruşuruq, amma amerikalıların müdaxiləsi və yenidən qayıtması baş verəcəksə, onlarla qarşı hərbi mübarizə aparacağıq və mən bunu etmək məsələsində könüllü olacaq ilk şəxsəm". İraqın əhli-sünnə müftisi İraqdakı siyasi vəziyyətin həlli barədə isə belə danışıb: "Biz istər Milli Koalisiyanın lideri Seyid Əmmar Əl-Həkim, istərsə də Sədr Hərəkatının lideri Seyid Müqtəda Əs-Sədr və ya digər şəxslər tərəfindən şəraitin yaxşılaşması və milli birliyin güclənməsi mövzusunda keçiriləcək istənilən dəvəti qəbul edirik".
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Aprel, 2017 15:55 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |