3 Aprel, 2017
İraqın əhli-sünnə müftisi: "Biz məzhəbçilik və İraqı parçalamaq istəyənlər qarşısında dayanacağıq"

İraqın əhli-sünnə müftisi Şeyx Mehdi Əhməd Əs-Sumeyda amerikalıların yenidən İraqa qayıdacağı təqdirdə, onlarla qarşı hərbi mübarizə aparacaqlarını vurğulayıb.

Ahlibeyt.az-ın maide.az-a istinadən məlumatına görə,  Şeyx Mehdi Əhməd Əs-Sumeyda Bağdadda hər il keçirilən "İslam müqavimətinə sədaqət" konfransında Al-Sumaria kanalına verdiyi müsahibədə, istənilən məzhəbçilik münasibətinin qarşısında duracaqlarını deyib.

"Biz məzhəbçilik və İraqı parçalamaq istəyənlər qarşısında dayanacağıq", - deyə İraqın əhli-sünnə müftisi bildirib.

Şeyx Əs-Sumeyda Ənbar əyalətində oturaq aksiyası keçirənləri və İŞİD terror təşkilatının İraqa girişinə səbəb olanları şiddətlə tənqid edib: "Bəzi tərəflər Ənbarda keçirilən oturaq aksiyası üçün yüksək miqdarda pullar xərclədilər və bunun nəticəsi İŞİD-in İraqa girməsi oldu.

Bizim 52 min döyüşçümüz var və indi İŞİD-çilərə qarşı vuruşuruq, amma amerikalıların müdaxiləsi və yenidən qayıtması baş verəcəksə, onlarla qarşı hərbi mübarizə aparacağıq və mən bunu etmək məsələsində könüllü olacaq ilk şəxsəm".

İraqın əhli-sünnə müftisi İraqdakı siyasi vəziyyətin həlli barədə isə belə danışıb: "Biz istər Milli Koalisiyanın lideri Seyid Əmmar Əl-Həkim, istərsə də Sədr Hərəkatının lideri Seyid Müqtəda Əs-Sədr və ya digər şəxslər tərəfindən şəraitin yaxşılaşması və milli birliyin güclənməsi mövzusunda keçiriləcək istənilən dəvəti qəbul edirik".

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6560.html