إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Kanadanın baş naziri Qurana edilən hörmətsizliyə qarşı reaksiya verdi

Kanadanın Ontario universitetində bir qrup insanın Quran-Kərimi cıraraq bu müqəddəs kitaba hörmətsizlik etməsinin ardınca ölkənin baş naziri Castin Trodo bu "islamofob" aksiyaya etirazını bildirib.

Ahlibeyt.az-ın iqna-ya istinadən verdiyi xəbərə görə, Kanadanın Ontario universitetində bir qrup insanın Quran-Kərimi cıraraq bu müqəddəs kitaba hörmətsizlik etməsinin ardınca ölkənin baş naziri Castin Trodo (Justin Pierre James Trudeau) bu "islamofob" addıma öz etirazını bildirib.

Xəbər qaynaqlarında hadisənin baş verməsi səbəbləri barədə qeyd olunur ki, Kanadanın Pil (Peel) əyalətinin dövlət məktəblərində müsəlman tələbələrə Cümə namazının qılınmasına icazə verilməsinin ardınca bu məsələyə etiraz edən bir qrup insan "islamofob" bir aksiya ilə Quran-Kərimi cıraraq bu müqəddəs kitaba qarşı hörmətsizlik ediblər. Hadisə cari ilin Mart ayının 23-də Kanadanın "Ontario" universitetində baş verib və təqribən 80 nəfər tələbə bu etirazda iştirak edərək "islamofob" şüarlar səsləndiriblər.

Hadisədən sonra isə ölkənin baş naziri Castin Trodo (Justin Pierre James Trudeau) bu "islamofob" addımı məhkum edərək vurğuladı: "Biz qətiyyətli və ciddi şəkildə hər cür irqçilik, təəssübkeşlik və fanatizmin qarşısını alacayıq".

Castin Trodo (Justin Pierre James Trudeau) bildirib:

"Bizim dövlət çalışır ki, kanadalı vətəndaşlara qonşulara hörmət etməyi və Kanadanın bu yolda, yəni milli, irqi və dini müxtəlifliklə bahəm sülh şəraitində yaşamaq istiqamətində hərəkət etməyə ehtiyaclı olduğunu aşılasın.

Hörmət və ehtiramla sülh şəraitində və dostcasına yaşamaq biz insanların genində vardır və insanların bir-birinə hörmət və kömək etməsi həyati bir zərurətdir."

Qeyd edək ki, Kanadanın Milli Məclisi və nümayəndələr palatası cari ilin Mart ayında hər növ irqçiliyi, məzhəbi və dini ayrıseçkiliyi və islamofob aksiyanı qadağan elan edib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Aprel, 2017  12:54 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!