إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Oxuyub-yazmaq bilməyən 70 yaşlı İordaniyalı xanım bütün Quran- Kərimi əzbərləyə bildi

Ummul- Hüseyn adlı ilə tanınan "Haciyə Rəifə əs- Səmadi" adlı İordaniyalı 70 yaşlı xanım bütün Quran-Kərimi əzbərləyə bildi.

Ahlibeyt.az-ın İqna-ya istinadla verdiyi xəbərə görə, Ummul- Hüseyn adlı ilə tanınan "Haciyə Rəifə əs-Səmadi" adlı 70 yaşlı bir xanım İordaniyanın "Ərbəd" əyalətinin "ən-Nəimə" şəhərində yaşayır.

Bu yaşlı xanımın savadı olmamasına baxmayaraq təkcə Quran- Kərimin tərtil oxunuşlarının audio yazılışına qulaq asaraq Vəhy kəlamını əzbərləyə və Quran hafizi ola bilib.

Yazmağı və oxumağı bilməyən xanım Əs-Samadi öz möhkəm iradəsinə və İlahi tövfiqata söykənərək Quran- Kərimi 3 il 4 ay ərzində kamil əzbərləyib.

Bu barədə İordaniyanın "əl-Yərmuk" peyk TV kanalı məlumat yayıb.


 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Mart, 2017  18:10 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!