|
• DünyadaHəsən Ruhani: “Azərbaycan Respublikasının iştirakı ilə Rəşt-Astara dəmir yolunun tikintisi başlayacaq”“Rəşt-Astara dəmir yolunun tikintisi Azərbaycan Respublikasının iştirakı ilə başlayacaq”. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, APA-nın Tehran bürosunun məlumatında bildirilir ki, bunu İran prezidenti Həsən Ruhani bu gün Gilan əyalətinə səfəri çərçivəsində deyib. O bildirib ki, Qəzvin-Rəşt dəmir yolunun cari ildə açılışı, eləcə də Rəşt-Astara dəmir yolunun tikintisi Rusiyaya səfər zamanı bu ölkənin rəhbərliyi ilə müzakirə olunub: “Bu tranzit dəmir yolunun tikintisinin başa çatması nəticəsində İranın Bəndər Abbas limanı Moskva ilə birləşəcək. Bu dəmir yolu vasitəsilə Hindistandan yüklər daşınacaq”. Prezident qeyd edib ki, bu layihələrin həyata keçirilməsi ilə Gilan əyalətində iqtisadi, ictimai və mədəni dirçəlişin şahidi olacağına ümid edir. Qeyd edək ki, İran prezidenti Gilanda 17 layihənin açılış mərasimində iştirak etmək üçün bu əyalətə gedib. Xatırladaq ki,bir müddət əvvəl Astara(Azərbaycan) - Astara(İran) dəmiryolunun tikintisi başa çatdırılaraq iki ölkə rəsmilərinin iştirakı ilə qatarların keçidi yoxlanılmışdır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Mart, 2017 17:45 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |