|
• DünyadaİŞİD komandirləri Raqqadan qaçırlar"Terrorçular dinc sakinlərdən canlı qalxan kimi istifadə edəcəklər." Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə,bu barədə RİA agentliyi məlumat yayıb. Xəbərə əsasən, "Suriya Demokratik Qüvvələri"nin komandanı Nasır Həc Mənsur bildirib ki, İŞİD terror təşkilatının hərbi rəhbərliyi Raqqa şəhərini tərk edir. “İŞİD komandirləri Raqqadan qaçırlar. Xarici ölkələrdən olan səhra komandirləri isə artıq şəhərdən qaçıblar. Hazırda Raqqada İŞİD-in yerli komandirləri qalmaqdadır. Şəhər hər bir tərəfdən mühasirəyə alınıb. Şəhərdən çıxış üçün qalan yeganə yol isə şimalda, Fərat sularının yerləşdiyi ərazidədir, lakin bu yol nəqliyyat vasitələrinin hərəkəti üçün bağlıdır, orada yalnız piyada hərəkət etmək mümkündür. Beləliklə, İŞİD terrorçuları Raqqanı yalnız piyada tərk edə bilərlər, maşınlarla qaçmaq isə onlarda alınmayacaq.”, - deyə Mənsur bildirib. Mənsur əlavə edib ki, İŞİD-çiləri şəhərin dinc sakinlərini canlı qalxan kimi əldə saxlamağa davam edirlər. “Terrorçular bu taktikanı hər yerdə tətbiq ediblər. Hazırda Raqqada da eyni üsuldan istifadə edirlər. İŞİD dinc sakinlərə bizim nəzarətimiz altında olan ərazilərə qaçmağa imkan vermir. Məlumdur ki, Raqqa alınan zaman terrorçuları dinc sakinlərdən canlı qalxan kimi istifadə edəcəklər. Bununla belə, bəzi sakinlər qaçmağa müvəffəq olurlar, onlar bizim nəzarətimizin altındakı ərazidə gizlənirlər.”, - deyə o bildirib. Sonda isə o bildirib ki, İŞİD terrorçularının işğalı altındakı ərazilərdən indiyədək təxminən 70 min dinc sakin qaçıb. “Raqqa ətrafındakı ərazi SDQ-in nəzarəti altındadır.”, - deyə o sonda əlavə edib. Qeyd edək ki,son günlər Suriyanın Homs şəhərinin Elur bölgəsində 500-dən artıq silahlı müxalifin Suriya rəsmilərilə razılaşmaları çərçivəsində, tərksilah olub normal həyatlarına qayıtmağa qərar verdiklərini bildirilib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Mart, 2017 17:27 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |