|
• Dünyadaİordaniyada ərəb dövlətlərinin sammiti öz işinə başlayıbBu gün İordaniya paytaxtında Ərəb Dövlətləri Liqasının (ƏDL) 28-ci sammiti keçirilir. Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə bu barədə “Al Jazeera”məlumat yayıb. Xəbərə görə, sammitin fəaliyyətində ƏDL-ə üzv olan 22 ölkədən 16 dövlət başçısı iştirak edir. Onların arasında İordaniya Kralı II Abdullah, Səudiyyə Ərəbistanı Kralı Salman ibn Əbdül-Əziz əl-Səud, Misir Prezidenti Əbdül Fəttah əs-Sisi və Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbas yer alır. BMT isə sammitdə baş katib Antonio Quterreş və təşkilatın Suriya üzrə xüsusi elçisi Steffan de Mistura ilə təmsil olunur. ABŞ və Rusiya xarici işlər nazirliklərinin nümayəndələri də sammitdə iştirak edir. Sammitin gündəliyinin əsas bəndlərindən biri Fələstin-İsrail münaqişəsinin həllidir. ƏDL-in baş katibi Əhməd Əbul Qeyt bundan əvvəl bildirib ki, Fələstin rəhbərliyi sammitdə yeni sülh təşəbbüsü təqdim edə bilər. Fələstin məsələsi ilə yanaşı, sammitdə Suriya, Yəmən, İraq və Liviyadakı münaqişələr, eləcə də İranın regiondakı rolu müzakirə ediləcək. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Mart, 2017 18:35 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |